İlham Əliyev Şri-Lankanın yeni prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisenaya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Şri-Lanka arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Şri-Lanka xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”. …read more

From:: ANS