Aygün “Qolos”da “Sarı gəlin”i oxudu (VİDEO)

Rusiyanın “Qolos” müsabiqəsində iştirak edən həmyerlimiz etdiyi maraqlı ifa ilə hamını heyran edib.

ANS PRESS-in məlumatına görə, Rusiyanın “Qolos” müsabiqəsində çıxış edən”Akademiya” müsabiqəsinin iştirakçısı, keçmiş teleaparıcı Aygün Əsgərova maraqlı ifası ilə böyük rəğbət qazanıb.

İlya Kirev və Sergey Mixailinlə yarışan həmyerlimiz müsabiqədə çıxışı zamanı Azərbaycan xalq musiqisi “Sarı gəlin”lə məşhur “Around the world” mahnılarını sintez edib.

Aygün Əsgərova komandasında olduğu münsif Pelaqeyanın seçimi əsasında müsabiqədə iştirakını dayandırıb.

Qeyd edək ki, ötən il Aygün Əsgərovanın həyat yoldaşı Fərid Əsgərovun da iştirak etdiyi müsabiqənin münsif kürsüsündə Leonid Aqutin, Aleksandr Qradskiy, Pelaqeya və Dima Bilan kimi məşhur simalar əyləşir.

…read more

From:: ANS