Moskva-Bakı reysində problem var?

“Rusiyanın paytaxtı Moskvadan Bakıya həyata keçirilən təyyarə uçuşlarında gecikmə yoxdur”.

Bu barədə ANS PRESS-ə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) məlumat bürosundan bildirilib. Qeyd edilib ki, Moskvadan Bakıya uçuşlar vaxtında həyata keçirilir və heç bir ləngimə yoxdur.

Qeyd edək ki, Rusiyada müşahidə olunan şaxtalı-qarlı hava təyyarə uçuşlarına maneə yaradıb. Vnukovo hava limanından 10 reys, Domodedovo hava limanından 41 uçuş təxirə salınıb, 21 uçuş isə ləğv edilib.

Şeremetyevo hava limanından da 33 reys təxirə salınıb, 11 reys isə ləğv edilib.

Yanvarın 11-də qarlı-şaxtalı hava səbəbindən ümumilikdə, Moskva aeroportlarında 118 reys təxirə salınıb. …read more

From:: ANS