Novxanıda ağır qəza: yaralı var

Abşeron rayonu Novxanı qəsəbəsində “Daewoo” və “Land Rover” markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

ANS PRESS-in FHN mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Daewoo” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 01:50-də başa çatıb. …read more

From:: ANS