Prezident qızının selfisi interneti “partlatdı” (FOTO, VİDEO)

ABŞ prezidenti Barak Obamanın qızı Malia Obamanın selfisinin internetdə yayılması növbəti qalmaqala start verib.

ANS PRESS-in məlumatına görə, Maliyanın Ağ evdə çəkdiyi şəklin daha bir qalmaqallı məqamı isə yeniyetmə qızın əynindəki maykadır.

Maykanın üzrəində Pro Era qrupunun loqosu var. Şəkli ilk yayan da və qalmaqalı başladan da məhz elə bu qrupdur. Pro Era-nın İnstagram səhifəsində şəkil qoyulan kimi tvitterdə yayılmağa başlayıb.

Qrupun nümayəndələri şəkli yaxın dostlarından aldıqlarını bildirsələr də, rəsmi ağ ev bununla kifayətlənmir.

Hazırda şəkilə görə Ağ ev rəsmi istintaqa başlayıb. Prezident iqamətgahı şəkilin yayılması ilə əlaqədar olaraq prezident qızının təhlükəsizliyində problemlər ola biləcəyindən narahatdır.

…read more

From:: ANS