İŞİD iranlı komandiri öldürdü (FOTO)

İranın yüksək rütbəli komandiri İraqın Samirə şəhərində İŞİD terrorçuları ilə atışma zamanı dünyasını dəyişib.

ANS PRESS-in “Fars” agentliyinə istinadən məlumatına görə, İran İnqilabı Keşikçiləri korpusunun komandirlərindən olan Mehdi Novruzi Samirədə olan 11-ci İmam Həsən əl Əskərinin hərəminin müdafiəsi zamanı öldürülüb.

Xəbər mənbəyi Novruzinin cəsədinin ötən axşam Kərmanşaha aparıldığını, bu gün isə torpağa tapşırılacağını qeyd edib.

ANS PRESS bildirir ki, rəsmi Tehran daha əvvəl İraqda və Suriyada hərbçilərinin olması faktını qəbul etməsə də daha sonra müqəddəs məkanların mühafizəsi məqsədilə dövlət ordusu və könüllü partizanlara hərbi məsləhətlər vermək üçün bu ölkələrdə hərbçiləri olduğunu açıqlamnışdı.

…read more

From:: ANS