Dəli başı və dəli daşı arasında (VİDEO)

Fransada faciə baş verib. Hadisəni qan o qədər basıb ki, əslində nə baş verdiyini bilmək o qədər də asan deyil. Mənzərənin statik təsviri belədir ki, bir qrup silahlı şəxs bir qrup silahsızı güllələyib. Məsələn, həm də ona görə daha həssasdır ki, qətlə yetirilənlər mətbuat nümayəndələri, daha doğrusu satirik jurnal olan “Cahrile Hedbo”nun əməkdaşlarıdır. Bütün dünya, Azərbaycan da içində olmaqla bu hadisəni lənətləyir. Bu hadisədən təsirlənməmək, xüsusilə müasir dünyanın ən dəbdə olan adamlarına jurnalistlərə əl, silah qaldırmış iki ayaqlı canlılarara ən ağır cəza tələb etməmək qeyri-təbii olardı. Artıq günahkarlar tapılıb da, güllələnib də. Amma bu günahkarların konkret olaraq məhz həmin güllələnənlər olub-olmadığını biz heç vaxt bilməyəcəyik. Ona görə ki, onlar ölüblər. Ona görə də əlimizdə və ağlımızda olanlardan danışağa məcburq.

Əvvəla bəzi ekspertlər hesab edirlər ki, baş vermiş hadisəni doğrudan müsəlmanların törətdiyini nə qədər həqiqət olduğunu hələ sübut etmək lazımdır. Kim öskürdü, qərib deyə hər bir neqativdə mütləq müsəlman saqqalı axtarmaq olmaz. Və nə üçün bir neçə il əvvəl çəkilmiş hansısa karikaturaya görə məhz indi qisas alınır. Əgər doğrudan da peyğəmbərin təhqir olunmasına kimlərsə cavab verirdisə, niyə bu addımı onlar əsəblərinin ən qızğın, özlərinin ən hirsli vaxtında atmırdılar. Necə olur bu? Müsəlmanların peyğəmbərini beş il əvvəl təhqir ediblər, müsəlman qardaşlarımız da bu hadisəyə görə intiqamı düüüüüz beş il sonra atır. Hər şey bitəndən, hamı sakitləşəndən sonra?! O karikaturanın oxucularda yaratdığı qıcıq tam aradan qalxandan sonra. Bu sualları mən vermirəm ha. Xarici mətbuatın qoyduğu suallardı. Və ya əl-Bağddinin qublbeçələrinin bu addımı atdığı iddia edilirsə, bu arqumentin də ayağı sürüşkəndir. Belə düşünənlər ona əsaslanır ki, heç nə sübuta yetirilməyib, yaxalanan yox, tutulan yox, yəqin ki, heç olmayacaq da. Çünki belə hallarda terrorçuları meyit şəklində göstərirlər ki, şahid filan olmasın. Düşmən bu dəfə də basıldı və fransız xalqı keyf etməkdə davam edə bilər… Ekspertlərin arasında belə bir sual da populyardır: “Balam bu qatil qardaş, nə …read more

From:: ANS