Erməni müğənnini sünnət etdilər (FOTO)

Türkiyə vətəndaşı olan erməni əslli müğənni Robert Hatemo hərbi xidmətdə olarkən komandiri tərəfindən sünnət etdirilib. ANS PRESS-in məlumatına görə, bu barədə müğənni qəzetlərdən birinə verdiyi müsahibədə bildirib. 1994-cü ildə Adanada hərbi xidmətdə olduğunu deyən Hatemo Türkiyədə kiçik toyu olan uşaqların geyindiyi ənənəvi sünnət paltarı geyinərək şəhərdə gəzdirildiyini də bildirib.

“Sünnət olunmayan bir nəfər daha vardı. İkimizi birlikdə kəsdilər. Adanada bizi sünnət uşağı kimi geyindirdilər və sünnət maşınına mindirib küçələrdə gəzdirdilər. Ailəm mühafizəkar deyil. Hətta komandirim atama zəng vuraraq, oğlunuz sünnət olmaq istəyir – deyərək izn alıb”.

…read more

From:: ANS