Paris yürüşündə iştirak edən baş nazir yıxıldı (FOTO)

Parisdə terror əleyhinə həmrəylik mitinqi keçirilib.

ANS PRESS-in məlumatına görə, 1 milyon 300 min insanın qatıldığı mitinqdə 50-yə qədər ölkənin hökumət və dövlət rəhbərləri iştirak ediblər.

Müxtəlif dinlərin nümayəndələrinin qatıldığı aksiyaya terrora məruz qalmış “Charlie Hebdo” nəşrinin əməkdaşları da qoşulub.

Mitinqə qatılan Danimarkanın baş naziri Helle Torninq-Şmitt pilləkəndən düşərkən yıxılması diqqətdən yayınmayıb.

Həmçinin Almaniya kansleri Angela Merkelin Fransa prezidenti Fransua Ollandla səmimi görüşü də aksiyanın maraqlı anı olub.

…read more

From:: ANS