Tanınmış futbolçu qəzada öldü (FOTO)

Almaniyanın “Volfsburq” futbol klubunun yarımmüdafiəçisi Belçika millisinin üzvü Junior Malanda yol-nəqliyyat qəzasında ölüb.

ANS PRESS-in məlumatına görə, polis qəza səbəbi kimi leysan yağışı və güclü küləyin fonunda sürət həddinin aşılmasını göstərir. Hadisə zamanı futbolçu avtomobilin arxa oturacağında olub.

Malanda “Volfsburq” bazasına oradan da Cənubi Afrikada məşq düşərgəsinə yola düşmək üçün gedirmiş.
Sürücü idarə etmənin itirərək maşını yol kənarındakı ağaca çırpıb.

Malanda hadisə yerində ölüb, iki sərnişin xəstəxanaya yerləşdirilib.

…read more

From:: ANS