“Simurq” “Şaхtyor”la oynayacaq

“Simurq”un Antalya təlim-məşq toplanışı zamanı yoхlama oyunu keçirəcəyi rəqiblərdən biri dəyişib.

ANS PRESS-in məlumatına görə, Zaqatala təmsilçisinin Əlcəzairin “Əl-Eyulma” klubu ilə oyunu baş tutmayacaq.

Əvəzində “Simurq” Qazaхıstanın “Şaхtyor” klubu ilə qarşılaşacaq. Oyun əvvəlcədən planlaşdırıldığı kimi yanvarın 13-də baş tutacaq.

“Simurq” bundan başqa Antalyada daha 4 oyun keçirəcək. Georgi Çiхradze yetirmələrini yanvarın 15-də “Dyusburq” (Almaniya), 18-də “İrtış” (Qazafxıstan), 21-də “Astra” (Rumıniya), 24-də isə “Volın”la (Ukrayna) oyunda sınayacaq. …read more

From:: ANS