Madonna özünə sevgili tapdı

Məşhur Amerika müğənnisi Madonna alman opera müğənnisi, tenor Yonas Kaufmanla görüşməyə başlayıb.

ANS PRESS xəbər verir ki, bu haqda Britaniyanın “Sunday Telegraph” qəzeti bildirib.

Qazetin yazdığına görə, onlar Londonda fotosərgidə görüşüblər. Madonna Kaufmanı onun yeni albomunda iştirak etməyə dəvət edib. Nəşr yazır ki, apreldə Kaufman arvadı opera müğənnisi Marqaret Yosviqlə ayrılıb. Bu arada Madonnada bu ilin başlanğıcında 26 yaşlı holland rəqqas Timor Steffensomla münasibətlərini dayandırıb.

Madonnanın indiki sevgilisi onun əvvəlki kişilərindən fərqlənir. Yonas Kaufman onlardan əhəmiyyətli dərəcədə daha yaşlıdır. Madonnadan on yaş kiçik olan Kaufmanın 46 yaşı var. Keçən il Bavariya dövlət operasının solisti adını alan Kaufman indi Münhendə yaşayır. …read more