Böyük təhlükə ilə üz-üzəyik

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı modern.az saytına müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Bir neçə gün öncə, Fransanın “Charlie Hebdo” jurnalının redaksiyasına edilən terror hadisəsinə münasibətinizi bilmək istərdik…

– Hadisəyə bizim münasibətimiz dövlətimizin rəsmi mövqeyidir. Dövlətimizin mövqeyi cənab İlham Əliyev tərəfindən cənab Ollanda göndərilən başsağlığında ifadə olunub. Bütün hallarda terroru pisləyirik. Fransada törədilən terror hadisəsini də pisləyir və bu cür halların yolverilməz olduğunu bildiririk.

– Qərb ölkələrində İslam dünyasına, peyğənbərimizə qarşı təhqiramiz hərəkətlərin nəticəsi olaraq bu cür terror hadisələri tez-tez həyata keçirilir. Bu cür halların təkrarlanmaması üçün Qərb dövlətləri nə etməlidir?

– İstənilən dini təmsil edən radikal qruplar var. Həmin radikal qruplar öz məqsədlərinə çatmaq üçün terrordan istifadə edirlər. Terrorla məqsədə çatmaq bəşəriyyət, insanlıq əleyhinədir. Lakin biz terrorun yaranma səbəblərini araşdıraraq onu da aradan qaldırmalıyıq. Azərbaycan erməni terrorundan əziyyət çəkən ölkədir. Azərbaycan rəsmi surətdə beynəlxalq miqyasda terrorizmə qarşı koalisiyasının üzvü olan ölkədir. Terrorun yaranmasının səbəbləri isə müxtəlifdir. Bunu aradan qaldırmaq üçün beynəlxalq münasibətlərdə, beynəlxalq sistemdə ədalət bərqərar olmalıdır. Beynəlxalq təşkilatların çıxardığı qərar hamı tərəfindən qəbul edilərək yerinə yetirilməlidir. Dünyada irqlər, millətlər, xalqlar arasında fərqlərin kəskin şəkildə artmasına imkan verməməlidir. Bütün bunlar terroru yaradan səbəblərdir. İqtisadi, siyasi, mədəni gerilik, inkişafdan qalan ölkələrdə baş verən savadsızlıq münbit şərait rolunu oynayır. Qərbin təbliğat maşınında ciddi düzəlişlərə ehtiyac var. Qərb ölkələrində, xüsusilə xristian dövlətlərində islamafobiya o dərəcəyə çatıb ki, islamafobiya xəstəliyinə tutulmuşlar İslam müqəddəslərini təhqirə əl atırlar. İslamın müqəddəs kitabı “Qurani-Kərim”ə qarşı təhqiramiz hərəkətlər edirlər. Hamının yadındadır, Amerikada bir keşiş “Quran”ı yandırır, bunu da televiziyalar göstərirdilər. Əlbəttə, bu cür hallar islam dünyasında qıcıq yaradır.

Eyni zamanda dünyamız bu gün böyük təhlükə ilə üz-üzədir. Bu nüvə müharibəsi təhlükəsi deyil, həm də mədəni deqredasiyadır, dindən sui-istifadədir, müxtəlif fobiyalardır. Bütün bunlar irqi, milli, dini toqquşmalara şərait yarada bilər. Fransada baş verən hadisədə peyğəmbərin karikaturasının çəkilməsi səhvdirsə, ikincisi, həmin səhv növbəti qanlı bir səhvə – terrora gətirib çıxarır. …read more

From:: ANS