İntihara cəhdin qarşısı alındı (FOTO, YENİLƏNİB)

Metronun “Koroğlu” stansiyası yaxınlığında körpüyə çıxaraq intihar etmək istəyən Tovuz sakini Nizami Musayev xilas olunub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov ANS PRESS-ə verdiyi açıqlamada bildirib ki, 1969-cü il təvəllüdlü Tovuz sakinini xilasedicilər fikrindən daşındıra biliblər.

FHN əməkdaşları təhlükəsizlik qaydalarına əməl etməklə Nizami Musayevi körpüdən endiriblər.

22:24
“Koroğlu” stansiyası yaxınlığında körpüyə çıxaraq intihar edəcəyini deyən Tovuz sakini Nizami Musayevlə danışıqlar aparılır. Hələlik onu fikrindən daşındırmaq mümkün olmayıb.

Bu sözləri ANS PRESS-ə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov bildirib.

Onun hansı səbəbdən intihar cəhd etməsi hələlik məlum deyil

22:16
Bakıda metronun “Koroğlu” stansiyası yaxınlığında bir nəfər körpüyə çıxaraq intihara cəhd edir.

ANS PRESS-in APA-ya istinadən məlumatına görə, körpüdən özünü atmaq istəyən Tovuz rayonundan olan, 1969-cu il təvəllüdlü Nizami Musayevdir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının intihara cəhd edən şəxslə danışıqlar aparırlar.

…read more

From:: ANS