Binada yanğın: 4 ölü, 100 yaralı (VİDEO)

Cənubi Koreyada yaşayış evində baş vermiş yanğın nəticəsində 4 nəfər ölüb, azı 100 nəfər xəsarət alıb.

ANS TV-nin məlumatına görə, bu gün İyconbu şəhərində baş verən yanğına binada poçt qutusunun alışması səbəb olub. Alovun miqyası genişləndiyindən binaya əsas giriş bağlanıb. Bu səbəbdən də yanğınsöndürənlər sakinləri helikopterlərlə damdakı çıxış vasitəsi ilə təxliyyə ediblər.

Yanğının söndürülməsinə 25 yanğınsönürən briqada cəlb olunub. Alovun söndürülməsi əməliyyatı iki saat davam edib. Ölən və xəsarət alanların əksəriyyəti hündürmərtəbəli binanın sakinləridir. Onlar yanıq xəsarətləri alıb və tüstüdən zəhərləniblər.

…read more

From:: ANS