İki gün davam edən oyunda qalib olmadı

Bu gün Avropa Liqasının qrup mərhələsində V turun oyunlarına yekun vurulub.

ANS PRESS-in məlumatına görə, dünən yarımçıq dayandırılan “Estoril” (Portuqaliya) – PSV (Hollandiya) matçı bu gün davam etdirilib.

Belə ki, ötən gecə Bakı vaxtı ilə 00.05-də startı verilən qarşılaşmanın ilk yarısı oynanılsa da, ikinci hissə əlverişsiz hava şəraiti üzündən baş tutmamışdı. Qarşılaşmanın ikinci yarısı bu gün Bakı vaxtı ilə saat 20.00-da start götürüb. Dünən keçirilən birinci hissədə 5 qol vurulmuş və meydan sahibləri 3:2 hesablı qələbə qazanmışdı. Bu gün yalznız PSV fərqlənib və oyun 3:3 hesabı ilə başa çatıb.

Qeyd edək ki, qrupun digər oyununda “Dinamo” (Moskva, Rusiya) “Panatiniakos”u (Yunanıstan) 2:1 hesabı ilə yenib.

Avropa Liqası
Qrup mərhələsi
V tur, 28 noyabr

E qrupu
Estoril (Portuqaliya) – PSV (Hollandiya) 3:3
Qollar: Toze, 12. Kuça, 30. Amado, 39 – Depay, 6. Narsinq, 14. Viynaldum, 82. …read more

From:: ANS