Dövlət büdcəsi qəbul olundu (VİDEO)

Dövlət büdcəsi nəhayət parlamentdən keçdi. Milli Məclis bu gün gələn ilin dövlət büdcəsilə bağlı sonuncu dəfə toplaşıb. Bir aylıq müzakirələrdən sonra millət vəkilləri sənəddə bəzi dəyişikliklərə nail oldular. Xüsusilə Siyavuş Novruzovun qırışıqlarının açılması üçün siyasi partiyalara ayrılan vəsaitin artırılması barədə replikası da nəzərdə alındı. Bu millət vəkillərinin maliyyə yardımının artırılması barədə nəzərə alınan yeganə təklif olmayıb.

ANS TV-nin məlumatına görə, bir neçə günlük müzakirələrdən sonra əlavə və dəyişikliklər edilərək 2015-ci ilin budcə zərfi qəbul olundu. Millət vəkillərinin bəzi təklifləri nəzərə alınaraq bəzi sahələrə maliyyə yardımı artırıldı. Millət vəkili Siyavuş Novruzovun ötən iclaslardan birində siyasi partiyalara maliyyə yardmı ayrılsın ki, onların da qırışığı açılsın! – deyə etdiyi təklifi hökumətdə nəzərə alındı. Amma yeni vəsait ayrılmaqla deyil, 2014-cü ildə xərclənməmiş qalan 250 min manat hesabına.

“2014-cü dövlət büdcəsində siyasi partiyaların fəaliyyətinin maliyyələşirilməsi üçün ayrılan vəsaitin 10%, yəni 250 min manatı obyektiv səbəbdən bölüşdürülməmiş qalmışdı. Hesab edirik ki, bu qənaət olunan həmin vəsaitin büdcə ilində istifadə edilməsi mümkündür” – deyə maliyyə naziri Samir Şərifov bildirib.

2015-ci ilin dövlət büdcəsində siyasi partiyaların maliyyələşdirilməsinə 2 milyon yarım vəsait ayrılıb. Növbəti ildə elm xərcləri də 8 milyon manat artırılaraq vəsaitin məbləği 150,5 milyon manata çatdırıldı. Bundan QHT-lərə, bələdiyyələrə dotasiyanın məbləği, Milli Məclisin xərcləri də artırıldı. Beləliklə əlavə dəyişikliklər edilməklə 2015-ci ilin büdcəsi səsə qoyularaq qəbul edildi. Həmçinin növbəti il üçün yaşayış minimumu, ehtiyac meyarının həddi, Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında qanunlar qəbul edildi.

Cari məsələri müzakiərələri zamanı millət vəkillərin Avropa Parlamentinin sədri Martin Şultsun Azərbaycanla bağlı söylədikləri, insan haqlarının qorunmaması barədə fikirləri sərt şəkildə tənqid olunub.

“Avropa Parlamentinin sədri həmişə bir bəhanə axtarır ki, Azərbaycana bir sanksiya – artıq bir söz desin. Onların bizə münasibətinə bir adekvat cavab yürütməliyik…” – deyə Milli Məclisin sədri Oqtay Əsədov bildirib.

“Elə adamlar var ki, o qərara səs verənlərdə soruşsan ki, bu adamlar kimdir? Kimi müdafiə edirsən? Onların ad və soyadlarını doğru-dürüst sadalaya …read more

From:: ANS