Buzlu yolda qəza: 4 yaralı

Cəlilabadda yolun buz bağlaması dörd nəfərin yaralanması ilə nəticələnənən ağır yol qəzasına səbəb olub.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumatına görə, hadisə axşam saatlarında Ələt-Astara magistiralının Cəlilabad rayonundan keçən hissəsində baş verib. “Mersedes” markalı minik avtomobili Astara istiqamətində hərəkətdə olarkən anidən idarəetməni itirib və ağaca çırpılıb.

Qəza nəticəsində xəsarət alan Astara rayon sakinləri Əhmanəli Mİrzəyev, Yaqub Baxşıyev, Həsənağa Həsənov və Masallı rayon sakini Sübhan Əsgərov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda xəstələrdən ikisinin vəziyyəti orta ağır olsa da, digər ikisi ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. …read more

From:: ANS