Xəzərdə zəlzələ oldu

Xəzər dənizinin Azərbaycan sektorunda növbəti zəlzələ baş verib.

ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, təkanlar yanvarın 10-da yerli vaxtla saat 05:53-də qeydə alınıb.

Zəlzələnin maqnitudası 3.0 bal, dərinliyi 46 km olub. Zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, Xəzər dənizinin Azərbaycan sektorunda 2015-ci ildə ilk yeraltı təkanlar ilin ilk günündə saat 05.34-də qeydə alınıb. Həmin gün iki zəlzələ baş verib. Yeraltı təkanın maqnitudası 3.0, dərinliyi 55 km olub. İkinci zəlzələ yerli vaxtla saat 06:49-da Altıağacdan 56 km şərqdə Xəzər dənizində qeydə alınmışdı. Zəlzələlər hiss olunmamışdı. …read more

From:: ANS