Bakıda qəza: ölən var

Səhər saatlarında paytaxtda sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qaradağ rayonu ərazisində “Daewo” markalı minik avtomobili, “Mercedes” markalı minik avtomobili və “Daewo” markalı sərnişin avtobusu toqquşub.

Qəza nəticəsində “Mercedes” markalı minik avtomobili ağır deformasiyaya uğrayıb.

Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü, Şükürov Saleh Məmmədbağır oğlunun cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 07:52-də başa çatıb. …read more

From:: ANS