Atəşkəs yenidən pozuldu

Ukraynada hökumət qüvvələri ilə ruspərəst üsyançılar arasında keçirilməsi nəzərdə tutulan sülh danışıqlar ərəfəsində Donbas regionunda yenidən atışmalar qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, üsyançılar hökumət qüvvələrinə məxsus bir neçə mövqeyi raket və top atəşinə tutublar.

Atışmalar nəticəsində azı 6 əsgər öldürülüb. Atışmalar zamanı evləri dağılan sakinlər Ukrayna qüvvələrindən şikayət ediblər.

Onların sözlərinə görə, hər iki tərəf tez-tez atəşkəsi pozurlar. “Atəşkəsə necə inanmaq olar? Üsyançılar atəş açmasa belə, Ukrayna əsgərləri tanklarla bizə atəş açırlar” – deyə sakin İra Osmalovskaya bildirib.

Ukrayna böhranına dair gələn həftə “Normandiya Formatı”nda sülh danışıqları gözlənilir. …read more

From:: ANS