Azərbaycanlı 16 yaşlı oğlanı zorladı

Rusiyanın Volqoqrad şəhərində 16 yaşlı oğlan azərbaycanlı tərəfindən zorlanıb.

ANS PRESS-in məlumatına görə, hadisə axşam saatlarında baş verib. Belə ki, 16 yaşlı yeniyetmə evə gedərkən yolda onun qarşısını 3 nəfər kəsib. Onlar sərxoş olublar. Yeniyetməni vəhşicəsinə döydükdən sonra 3 nəfərdən ikisi hadisə yerindən qaçıb. 24 yaşlı Azərbaycan əsilli Rusiya vətəndaşı isə döyülən yeniyetməni sürüyərək binanın blokuna gətirib və onu zorlayıb.

Volqoqrad polisi artıq azərbaycanlını saxlayıb. Onun barəsində cinayət işi açılıb. Yeniyetməni döyən digər 2 nəfər də saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS