Saçı yolunduğu deyilən şagirdlə bağlı rəsmi açıqlama

Yanvarın 8-i axşam saatlarında 53 saylı orta məktəbin birinci sinfində oxuyan Məmmədli Dəniz Şamil qızının müəlliməsi Zülfiyyə Hacıyeva tərəfindən təzyiqə məruz qaldığına dair xəbərlər yayılmışdı.

53 saylı orta məktəbin direktoru Firnəgiz Həsənovanın ANS PRESS-ə verdiyi məlumata görə, yayılan xəbərlə bağlı bu gün BŞTİ-nin əməkdaşları və Bakı şəhəri BPİ Yasamal rayon Polis İdarəsinin əməkdaşları məktəbdə olublar.

Məsələ ilə əlaqədar, valideyn övladının dermotoloji problemi olduğu qeyd etmiş, bir neçə ay bundan öncə bu problemlə bağlı həkimə müraciət etdiyini bildirib. Eyni zamanda, valideyn xəbər yayılarkən işdə olduğunu bildirib.

Məlumatı Məmmədli Şəms Şamil qızı bacısının ibtidai sinif müəllimi Zülfiyyə Hacıyeva tərəfindən təzyiqə məruz qaldığını zənn edərək məlumatı yoxlamadan şəxsi “Facebook” səhifəsində bölüşüb.

Bundan sonra məlumat xəbər və digər saytlarda yayılıb.

Qeyd edək ki, məsələ ilə bağlı araşdırma davam edir. …read more

From:: ANS