Bakıda qadını şantaj edən kişi tutuldu

Bakı sakini qadından şantaj yolu ilə pul alarkən tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Günel Cavadovanı barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 3000 manat alarkən paytaxt sakini Elmir Məmmədov tutulub.

Faktla əlaqədar araşdırma aparılır. …read more

From:: ANS