Kanadadan Azərbaycana gələn poçt bağlaması şoka saldı (FOTO)

Azərbaycana gətirilən narkotik vasitələrin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Poçt göndərişlərinə nəzarət bölməsində poçt göndərişlərinə “Rapiscan” markalı rentgen aparatı vasitəsilə gömrük nəzarəti həyata keçirilib.

Baxış keçirilərkən Kanadadan daxil olmuş iki ədəd poçt bağlaması şübhə doğurduğu üçün saxlanılmış və gömrük yoxlaması zamanı bağlamanın birindən 2 kiloqram 15 qram, digər bağlamadan isə 2 kiloqram 300 qram olmaqla, cəmi 4 kiloqram 315 qram bitki mənşəli, tünd yaşıl rəngli, kəskin qoxuya malik maddə aşkar olunub.

Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasənhəmin maddələrin kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

…read more

From:: ANS