Ermənilərin real sayı

İndi Erməistanda cəmi 1,5 milyon adam qalıb.

ANS PRESS-in məlumatına görə, bu barədə İsveçrə erməniləri birliyinin sədri Sarkis Şainyan bildirib.

Onun sözlərinə görə, əhalinin ölkəni tərk etməsində əsas səbəblərdən biri övladlarını ordudan uzaqlaşdırmaqdır. “Biz hər şeyə gedirik ki, övladlarımız orduda xidmət etməsin. Biz cəmi 1,5 milyon qalmışıq. Gedin, yoxlayın, nazirlərdən, oliqarxlardan hansının öz uşağı, qohumlarının və dostlarının uşağı əsgərlikdə xidmət edib? Bizdə vəziyyət çox pisdir”, – deyə Şainyan vurğulayıb.

Şainyanın fikrincə, ermənilərin ölkələrini tərk etməsində mövcud hakimiyyətin qurduğu diktatura recim idə rol oynayır: “Bu gün biz qula çevrilmişik, həm əqli, həm də fiziki cəhətdən. Əgər insan öz ölkəsini tərk edirsə, deməli, qul kimi yaşamaq istəmir, gerçəklik budur”. …read more

From:: ANS