Papa Türkiyədə (FOTO)

Roma katolik kilsəsinin lideri Papa Fransiskinin Türkiyə səfəri başlayıb.

ANS PRESS-in məlumatına görə, Papa Fransisk Esenboğa aeroportunda hərbi mərasimlə qarşılanıb və fəxri qarovul düzülüb. Papan və nümayəndə heyəti Türkiyə və Vatikan bayraqları olan xüsusi təyyarə ilə Türkiyəyə gəlib.

Papanı Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu qarşılayıb. Vatikanın Ankara səfiri Antonio Lusibello, Türkiyənin Vatikan səfiri də qarşılanma mərasimdə iştirak edib. Roma katolik kilsəsinin lideri “Anıtkabir”i ziyarət edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə də görüşən Roma Papası bir sıra digər görüşlər də keçirəcək.

Türkiyə səfəri çərçivəsində Papanı qorumaq üçün təxminən 2 min 700 polis səfərbər olub. Papa Ankara səfərini tamamladıqdan sonra 29 noyabr tarixində İstanbula yollanacaq.

…read more

From:: ANS