Azərbaycanın ruslara yardımı

“Qərb sanksiyalarından sonra Azərbaycanın Rusiya ərzaq bazarını doldurmaq üçün göstərdiyi səyləri sadəcə kömək adlandırmaq olmaz”.

ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycan mənşəli rusiyalı iş adamı Araz Ağalarov Rusiya mətbuatına verdiyi müsahibəsində bildirib.

“Beynəlxalq ticarət əlaqələrinə “kömək” sözü uyğun gəlmir. Bu qarşılıqlı əməkdaşlıqdır. Mənim fikrimcə, yalnız Azərbaycan üçün deyil, həm də tarixən SSRİ-nin “bostanı” olmuş başqa ölkələr üçün də bunu demək olar. Əgər köhnə göstəricilər qaldırılarsa, görmək olar ki, Orta Asiya, Azərbaycan, Gürcüstan və Ermənistanda çox miqdarda kənd təsərrüfatı məhsulları istehsal edilirdi və Sovet İttifaqının bütün guşələrinə göndərilirdi. Bu əlaqələr bərpa oluna bilər, mən düşünürəm ki, bu istiqamətdə işləmək lazımdır”, – deyə Araz Ağalarov vurğulayıb. …read more

From:: ANS