İstanbulla Ankarada da çovğun

Qonşu Türkiyədə də şaxtalı və qarlı hava həyatı iflic edib. İstanbulda havanın temperaturu -4 dərəcəyədək düşüb.

ANS PRESS-in məlumatına görə, İstanbul Böyük Şəhər Bələdiyyəsi yollarda buzlaşma ilə əlaqədar yol-nəqliyyat qəzalarının qarşısını almaq üçün yollara duz səpimi işinə başlayıb. Magistral yollarda quraşdırılan rəqəmsal lövhələrdə sürücülərə buzlaşma ilə bağlı xəbərdarlıq edilir.

Paytaxt Ankara isə ötən gecə qış fəslinin ən soyuq gecələrindən birini yaşayıb. Şəhərdə temperatur -18 dərəcəyə çatıb. Yollarda buzlaşıb, fəvvarələr, avtomobillərin və evlərin pəncərə şüşələri donub. Ankara Bələdiyyəsinin işçiləri yollara duz səpməyə başlayıb. …read more

From:: ANS