ABŞ-da məktəblər bağlandı

Qarlı və şaxtalı hava şəraiti Amerika Birləşmiş Ştatlarında da fəsadlara səbəb olub. Şaxta ilə əlaqədar ölkə boyunca bir çox şəhərlərdə məktəblərdə tətil elan edilib.

Çikaqoda artıq 4-cü gündür qeydə alınan anomal soyuqlar həyatı iflic edib. Burada temperatur 0 dərəcədən aşağı düşüb.

İllinoys ştatında 13 dərəcə şaxta qeydə alınıb. Nyu-York şəhərində temperaturun -7 dərəcəyədək düşəcəyi proqnozlaşdırılıb.

Paytaxt Vaşinqtonda isə şaxtalı hava fəvvarələrin donmasına səbəb olub.

Nyu-Hempşir ştatında onlarla məktəb bağlanıb. Ştatın şimalında 20 dərəcə şaxta isə həyatı iflic edib. …read more

From:: ANS