Məşhur qadın müğənni 8-ci dəfə evləndi

Türkiyənin tanınmış müğənnisi Seda Sayan sosial şəbəkədə tanış olduğu sevgilisi Erkan Çeliklə dini nikah bağlayıb.

ANS PRESS-in məlumatına görə, ötən ilin əvvəllərində tanış olan cütlüyün rəsmi nikah bağlamasa da, dini nikah bağladıqları bildirilir. Buna qədər isə oğlan tərəfin ailəsi Sayan ailəsinə gəlmiş, tanış olmuş və “hə” cavabını almışlar.

Lakin cütlüyün rəsmi nikaha girməsi hələlik mümkün olmayıb. Buna səbəb kimi Seda Sayanın oğlu göstərilir. Məşhur müğənninin oğlu anasının Erkan Çeliklə evlənməsinə qarşıdır. Sənətçinin hazırda oğlunu buna razı salmağa çalışdığı deyilir.

Xatırladaq ki, Seda Sayan bundan əvvəl 7 dəfə ərdə olub və onun 23 yaşında Oğulcan Engin adlı oğlu var. …read more

From:: ANS