Bərabərlik bizi Serbiyaya yaxınlaşdırdı

UEFA-nın əmsallar cədvəli açıqlanıb.

ANS PRESS-in məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin son oyunları cədvəldə dəyişikliklərə səbəb olub. Amma bu dəyişikliklər Azərbaycanın mövqeyinə təsir etməyib. Düzdü, yeganə təmsilçimiz “Qarabağ” Fransada “Sent-Etyen”ə uduzmayıb. Ağdam klubu rəqib meydanında 1:1 hesablı heç-heçə edib və ölkənin adının önünə daha 0,250 yazılmasına nail olub.

Cari mövsüm hesabımıza 3,375 əmsal yazan klublarımız rekorda imza atıb. Birmövsümlük göstəricidə rekordumuzun yenilənməsi ilə yanaşı, son 5 ilin nəticələrinə əsasən hesablanan reytinqdə də ən yüksək nəticəmizi göstərmişik. Belə ki, 2010-2015-ci illər üçün əmsalımız 12,250-yə çatıb.

Lakin bu rekord 29-cu pilləni tərk etməyə imkan verməyib. 28-ci olan Serbiya ilə fərqi 1,375 endirən Azərbaycan 30-cu yerdən uzaqlaşıb. Artıq ölkəmiz Slovakiyanı 1 əmsal qabaqlayır.

Xatırladaq ki, qrupdakı hər qələbəmiz 0,500, bərabərlik 0,250 əmsalla dəyərləndirilir. …read more

From:: ANS