Qardaşları öldürən tutuldu

Bakıda baş vermiş silahlı insidentin bəzi təfərrüatları məlum olub.

Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

İki qardaşı güllələyən Zaur Əkbər oğlu Tərlanov saxlanılıb. Hazırda o, polis tərəfindən dindirilir.

Güllələnərək öldürülən 1985-ci il təvəllüdlü Cavid Rəhimov və 1980-ci il təvəllüdlü Cahit Rəhimov qardaşdırlar.

Qeyd edək ki, bu gün axşam saatlarında Sahil qəsəbəsində silahlı insident qeydə alınmışdı. Avtomobildə iki qardaş güllələnmişdi. Onların hər ikisi yerindəcə ölmüşdü. …read more

From:: ANS