Silahlı hücum: 2 min adam öldürüldü

Nigeriyada “Boko Haram” dini qruplaşması ölkənin şimal-şərqində yerləşən Baqa şəhərinə ikinci dəfə hücuma keçib.

ANS PRESS-in verdiyi xəbərə görə, Nigeriyanın hakimiyyət nümayəndəsi BBC-yə bildirib ki, döyüşçülər ötən gün hərbi bazasını tutduqdan sonra şəhəri tamamilə yandırıblar.

Şahidlərin sözlərinə görə, şəhərin küçələri cəsədlərlə doludur, öldürülənlərin sayı 2 minə çatıb.

“Boko Haram” qruplaşması mülki əhaliyə qarşı ekstremal qəddarlıqla fərqlənir. Nigeriyanın şimalında və ona sərhəddə yerləşən Kamerun və Çadda islam xəlifəsinin yaradılması üçün mübarizə aparır. …read more

From:: ANS