“Atletiko” “Real”ı məyus etdi (VİDEO)

İspaniya Kubokunda növbəti oyunlar baş tutub.

ANS PRESS-in məlumatına görə, “Atletiko Madrid” – “Real Madrid” arasında baş tutan qarşılaşma gərgin mübarizəyə səhnə olub. Qarşılıqlı hücumlar şəklində davam edən oyunda ilk qol oyunun ikinci hissəsinə təsadüf edib.

57-ci dəqiqədə Serxiyo Ramosun cərimə meydançasında Raul Qarsiyaya qarşı kobud oyunu “Atletiko”ya penalti qazandırıb. Raul Qarsiya penaltini qola çevirərək komandasını önə keçirib.

Oyunda ikinci qol isə 77-ci dəqiqədə vurulub. Bu səfərdə ev sahibi fərqlənə bilib. Jose Ximenez oyunda fərqlənərək hesabı 2:0-a çatdırıb. Matç bu hesabla başa çatıb.

Qeyd edək ki, bu qarşılaşmanın cavab oyunu 16 yanvar tarixində Bakı vaxtı ilə saat 23:00-da Santiaqo Bernabeu Stadionunda baş tutacaq.

…read more

From:: ANS