Fransanı qana bulayanlar (FOTO)

Ötən gün Fransada satirik jurnal olan “Charlie Hebdo”ya basqın edərək 12 nəfərin öldürməkdə ittiham edilən qardaşların fotoları yayılıb.

ANS PRESS-in məlumatına görə, polis fotoları hər şansı şahiddən məlumat toplamaq məqsədi ilə yayıb. Frans Press agentliyinin məlumatına görə, hadisəni törədənlər 3 nəfər olub. Onlardan ikisi Səid və Şərif Kaşi qardaşdır. Polis onların silahlı və təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, daha öncə qanlı terror aktını törədən 3-cü və dəstənin ən kişik üzvü Hamid Muradın təslim olduğu bildirilib.

Xatırladaq ki, adıçəkilən jurnalın redaksiyasına basqın ötən gün günorta saatlarında olub. Silahlı 3 nəfərin hücumu nəticəsində jurnalın tanınmış karikaturaçıları da daxil olmaqla 12 nəfər ölüb, 11 nəfər isə yaralanıb.

…read more

From:: ANS