Dünyada 46,3 milyon qaçqın var

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) dünyada qaçqınları sayı ilə bağlı “2014-cü il üzrə yarım illik tendensiyalara dair” hesabat yayıb. Sənədə görə, 2014-cü ilin birinci yarısında zorla didərgin salınma halları artıb.

ANS PRESS-in məlumatına görə, BMT QAK-in Azərbaycandakı Nümayəndəliyinin yaydığı məlumatda deyilir ki, Yaxın Şərqi, Afrikanı, həmçinin digər yerləri bürüyən müharibə səbəbindən 2014-cü ilin ilk altı ayı ərzində təqribən 5,5 milyon insan didərgin salınəb ki, bu da zorla didərgin salınanların sayının daha da yüksəlməsindən xəbər verir.

Hesabat göstərir ki, son dövrlərdə didərgin düşmüş 5,5 milyon insandan 1,4 milyonu beynəlxalq sərhədləri keçərək qaçqın olub, qalanları isə öz ölkələri daxilində məcburi köçkünə çevriliblər. Mövcud olan didərgin əhalinin sayını, yenilənmiş məlumatları, könüllü qayıdış və üçüncü ölkələrdə məskunlaşma hallarını nəzərə alsaq, BMT QAK tərəfindən yardım göstərilmiş insanların (hesabatda “aidiyyəti olan şəxslər ” kimi istinad olunub) sayı 2014-cü ilin ortalarınadək 46,3 milyona çatıb ki, bu da 2013-cü ilin sonundakı saya nisbətən təxminən 3,4 milyon nəfər çoxdur və yeni rekord göstəricidir.

Ötən ilin iyununadək olan məlumatlara əsasən 3 milyondan artıq suriyalı qaçqın dünyada BMT QAK tərəfindən yardım göstərilən bütün qaçqınların 23 faizini təşkil edir.

Sayca ikinci yerə enmələrinə baxmayaraq, dünyada 2,7 milyon əfqanıstanlı qaçqın ən uzun müddət ərzində BMT QAK-ın himayəsi altında olan qaçqın əhali olaraq qalır (bu agentlik ən azı beş il davam edən qaçqınlıq durumunu “uzunmüddətli qaçqınlıq vəziyyəti” hesab edir). Suriya və Əfqanıstandan sonra qaçqınların mənşə ölkələri arasında Somali (1,1 milyon), Sudan (670,000), Cənubi Sudan (509,000), Konqo Demokratik Respublikası (493,000), Myanmar (480,000) və İraq (426,000) ön yerlərdədirlər.

Pakistan 1,6 milyon əfqanıstanlı qaçqını qəbul etməklə, mütləq mənada ən çox sayda qaçqın qəbul etmiş ölkə olaraq qalır. Ən çox qaçqın əhalinin yerləşdiyi digər ölkələr Livan (1,1 milyon), İran (982,000), Türkiyə (824,000), İordaniya (737,000), Efiopiya (588,000), Keniya (537,000) və Çaddır (455,000).

BMT QAK-ın hesabatında qaçqınların sayı ölkə əhalisinin sayı ilə və ya ölkə iqtisadiyyatının həcmi ilə müqayisə edilməklə qaçqınları qəbul etmiş ölkələrin …read more

From:: ANS