Ukraynada 500 polis işdən çıxarıldı

Ukraynada terrorçuluğa qarşı əməliyyat keçirilən zonaya getməkdən imtina edən 500 polis vəzifələrindən uzaqlaşdırılıb.

ANS PRESS-in məlumatına görə, onlar Xarkov Daxili İşlər Nazirliyinin yerli orqanlarından xaric edilib.

“Terrorçuluğa qarşı əməliyyat keçirilən zonaya getməyən polislər ərizələrini yazıb işdən çıxsınlar. Nəticədə 500 polis vəzifəsindən kənarlaşdırıldı. Amma onları qorxaq adlandırmaq olmaz”, – deyə Xarkovda polis rəisi Baluta bildirib.

Ukrayna hakimiyyəti keçən il apreldən ölkənin şərqində separatçılara qarşı anti terror əməliyyatlarına başlayıb. BMT-nin son məlumatına görə, 4,7 min dən çox dinc sakin münaqişənin qurbanı olub, 10 min dən çox insan yaralanıb. …read more

From:: ANS