DƏHŞƏT: Öldürdüyü gəncin cəsədini təpikləmək istədi (VİDEO)

Türkiyənin Konya şəhərində pivəxanada baş verən silahlı insidentdən sonra yaşananlar hər kəsi şok edib. ANS PRESS-in məlumatına görə, 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən davada yaralanan ofisiant Rəcəb tüfənglə öldürdüyü gəncin cəsədinin başının üstündə dayanaraq onu təpikləmək istəyir. Bir anda bu fikrindən vaz keçərək, cansız bədənə baxıb, “Sen hələ ölmədinmi?” deməsi medianın diqqətini çəkdi.

Gecə saat 03 radələrində baş verən hadisədə 28 yaşlı İbrahim, 22 yaşlı Ali Məhəmməd və Məhəmməd Emin İşık adlı dostlar spirtli içki qəbul etdikdən sonra hesabı ödəmədən məkanı tərk ediblər. Onların çıxdığını görən kafe işçiləri arxalarınca bayıra çıxaraq hesabı ödəmələrini tələb ediblər. Bu tələb mübahisəyə səbəb olun. Mübahisə isə silahlı insidentlə nəticələnib.

Mübahisə zəminində Məhəmməd U. belindən çıxardığı tapanca ilə 33 yaşlı ofisiant Rəcəbə atəş edir. Sağ qolundan yaralanan Rəcəb öz avtomobilindən götürdüyü tüfənglə həmin 4 nəfərə atəş açır. Atılan güllələrdən biri Məhəmməd Emin İşıkın sinəsinə, İbrahim S-nı isə sağ ayağından yaralayıb. Hadisə yerinə çoxsayda polis və tibb işçiləri cəlb edildi.

Yolun ortasında qanlar içində yatan Məhəmməd Emin İşık təcili yardımın bütüm müdaxilələrə rəğmən hadisə yerində keçinib. Bir divarın dibində gizlənərək ölümdən dönən yaralı İbrahim xəstəxanaya aparılıb. Qolundan yaralanan şübhəli Recep isə təcili yardım maşınına mindirilərkən öldürdüğü gəncin cəsədinə baxaraq, nifrətlə “Sən hələ ölmədinmi?” deyib. Onun bu görüntüləri izləyənləri dəhşətə gətirdi.

…read more

From:: ANS