Bizə qarşı plan hazırlanır

“Qarakənd istiqamətində Azərbaycan vertolyotunun vurulması hələ də yadımızdan çıxmayıb. Amma erməni helikopterinə görə, beynəlxalq təşkilatlar tərəfindən reaksiya göstərilməsi onların bizə münasibətindən xəbər verir”.

ANS PRESS-in məlumatına görə, bunu millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, Azərbaycanda dini zəmində heç vaxt məscidin yandırılması halı baş verməyib: “Hansısa kəşfiyyatın əli ilə Azərbaycanda hadisələr baş verir. Qaraçuxur məscidində olanlar onu göstərir ki, Azərbaycana qarşı plan hazırlanır. Azərbaycanın mentalitetində məscidin yandırılması kimi bir ənənə yoxdur. Görünür bəziləri Azərbaycanın zəif sahələrindən istifadə etmək niyyətindədirlər”.

Deputat qeyd edib ki, ölkədə qarşıqlıq yaratmağın qarşısını almaq üçün müvafiq addımlar atılmalıdır. Fazil Mustafa təklif edir ki, məscidlərə kamera quraşdırılsın: “Belə qabaqlayıcı addımlar ataraq təxribatların qarşısını almaq olar.

Məscidlərin yaxınlığında polis postları qurmaq lazımdır. Ölkə başçısı da dini icmalara vəsait ayırıb. Biz dini zəmində təxribatlardan qorunmaq üçün lazımi addımlar atmalıyıq”.

Milli Məclisin bu günkü plenar iclasında Avropa siyasi təsisatlarının Azərbaycana qarşı səsləndirdiyi tənqidi bəyanatlar müzakirəyə çıxarılıb. …read more

From:: ANS