Almaniyadan usta gediş (VİDEO)

Almaniya Yunanıstanın Avrozonadan çıxmasını dəstəkləyir.

ANS PRESS-in məlumatına görə, bazar günü Almaniyanın “Şpigel” nəşrinin verdiyi bu ssenari tez bir zamanda bütün Avropa KİV-lərinin baş xəbəri oldu. Bundan bir gün sonra isə avro son 9 il üçün ən aşağı həddə düşür.

Lakin ekspertlərin fikrincə Avronun belə düşməsi qeyri-adi olsa da Almaniyanın xeyrinədir. Məsələn, Hauck & Aufhaüser bankının analitiki Peter Helmar “Belə görünür ki, idxalçı ölkələr avronun aşağı kursu ilə razıdırlar. Belə ki, həmin an onların malları xarici alıcı üçün daha ucuzlaşır”- deyə bildirir.

Bundan irəli gələrək ekspertlər düşünür ki, zəif avro əsas müttəfiqlərdən olan ABŞ-ın Almaniya malına olan tələbatını artıracaq. Bununla da Avropa iqtisadi lokomotivi istehsalatında itirdiyi sürəti bərqərar edərək yeni impulslar əldə edəcək. Keçən yay Rusiya-Ukrayna münaqişəsi ucbatından istehsalatda baş verən kəsiri nəzərə alsaq avronun zəifliyi Almaniya üçün hazırda hava su kimi vacib ola bilər.

Hər bir halda rəsmi Berlin “Şpigel”in iddiasını rədd edir. Ancaq reallıq əksini deyir.

…read more

From:: ANS