Bakıda qumbara alverçisi iş başında yaxalandı

Polis Bakıda qumbara alverçisini yaxalayıb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elman Məhərrəmov 4 qumbaranı (2 “F-1” və 2 “RQD-5”) satarkən tutulub. O, qumbaraları 200 manata satmaq istəyirmiş.

Digər əməliyyat isə Gəncə şəhərində silah və sursat tapılıb. Keçirilən əməliyyat nəticəsində şəhərin Ozan küçəsindən 3 ədəd “RQD-5”, 1 ədəd “F-1” əl qumbaraları, 5 qumbara alışdırıcısı və 10 avtomat patronu tapılıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır. …read more

From:: ANS