Bakıda minik maşını yandı

Bakıda “Hyundai” markalı minik avtomobilində yanğın baş verib.

ANS PRESS-in FHN mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Bildirilir ki, “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi və salonda qabaq oturacaqları yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. …read more

From:: ANS