“Allah məni Abramov yaradıb”

“Allah məni Abramov yaradıb, əgər Abramoviç yaratsaydı onların orada ağzını tikib qayıdardım”. ANS PRESS-in məlumatına görə, bu sözləri millət vəkili Yevda Abramov milli Məclisin bu günki iclasında çıxışı zamanı söyləyib.

Deputat beynəlxalq təşkilatların qərəzli münasibətindən danışıb: “Azərbaycan tolerant ölkədir. Azərbaycan prezidenti hər il dini və milli azlıqların nümayəndələri ilə görüşür. İldə iki dəfə Qırmızı qəsəbəyə baş çəkir. Obama və ya digərləri hansısa dini azlıqla görüşürmü? Onların Azərbaycana qarşı bu cür qərəzli münasibətlərinin bir səbəbi var. Onlar bizim ölkə başçısından qorxurlar”.

Deputat deyib ki, onlar bizim prezidentin siyasəti qarşısında acizdirlər və Azərbaycanın bu inkişaf tempindən çəkinirlər. …read more

From:: ANS