Qızıl xaltalı Azərbaycan iti (FOTO)

Bu yaxınlarda Bakıda varlı adamlardan birinin iti dünyasını dəyişdi və bu, həmin adamın depressiyaya düşməsinə səbəb oldu. 60 yaşlı Badamdar sakinin tanışının ANS PRESS-ə danışdığına görə o, sevimli itini evləndirmək istəyirmiş: “Badamdarda evinin həyətində köpəyi üçün ayrıca ev tikdirmişdi. İki mərtəbəli ev dənizə baxır. Orada qonaq otağı, yataq otağı və terras nəzərdə tutulub. İndi evin qapısı bağlıdır. Amma binəva kişi itinin sağlığında oraya bir nəfər baxıcı da tutmuşdu və o, gecə-gecə gündüz orada qalırdı”. Müsahibin dediyinə görə, varlı kişi hətta el adəti ilə itinə nişan aparıbmış və onu həmkarlarını birinin gənc dişi iti ilə evləndirmək niyyətində imiş: “Sahibi həmindişi iti həftədə bir gün bu evə gətirməliyidi. Qonaq otağı da məhz onun üçün nəzərdə tutulmuşdu. Dostum sevimli köpəyini it yox, it cildinə girmiş insan sayırdı”.

ANS PRESS-in araşdırmasına görə, sözügedən Bakı sakini Azərbaycan paytaxtında müşahidə edilən yeni trendə üstünlük verən minlərlə insandan biridir. Artıq paytaxt sakinləri itə, pişiyə və ya meymuna hansısa hədiyyə almaq barədə xəbər eşidəndə elə də təəccüblənmirlər. Ev heyvanları üçün hədiyyələrin və aksesuarların satıldığı xüsusi ticarət şəbəkəsi də yaranıb. Hələlik Bakıda xüsusi olaraq heyvan əşyaları satılan bir mağaza olmasa da, heyvan aşiqləri ehtiyaclarını onlayn ticarət ilə məşğul olan alverçilərin hesabına ödəyirlər. Bəziləri isə xaricə gedənlərdən heyvan aksesuarları alıb gətirməyi xahiş edir. Məsələn, itlərinə və pişiklərinə brilyant daşlar düzülmüş xaltalar, bahalı qış geyimləri, ayaqqabılar, bəzəkli sancaqlar alırlar.

Əvvəllər bu işlə əsasən varlı ailələr məşğul idi. Bu, varlı ailələrin bir növ özünü ifadə etmə vasitəsi idi. Bu ailələrdən 1990-cı illərin sonlarında qərbə oxumaq üçün gedən uşaqlar oralardan özləri ilə it-pişik aşiqliyi də gətirdilər. Valideynləri də uşaqlarını dəstəklədilər. Hər halda, onların ingilisdilli balaları kənddə-kəsəkdə qalmış qohum-əqraba uşaqlarından nə iləsə seçilməli idilər. Həm də Qərbdə oxuyan uşaqların həyat tərzi də onlarınkına oxşamalı idi. Qərbdə it-pişik saxlamayan ev yoxdur və Amerika mətbuatının yazdığına görə bu gün başlanan “qara cümə»də amerikan …read more

From:: ANS