Deputat məhkəməyə verildi

Küveyt parlamentinin deputatı Nabil əl-Fadla məhkəməyə verilib.

ANS PRESS-in məlumatına görə, ona qarşı milli heysiyyatı təhqir etmə ittihamı irəli sürülüb.

Buna səbəb onun Küveytdə spirtli içki məhsullarının leqallaşdırılmasının əleyhinə olmadığını deməsi olub.

Fadla özünü müdafiə edərək bildirib ki, bu, yalnız şəxsi düşüncələri olub və müvafiq qanun layihəsini irəli sürməyi planlaşdırmayıb.

Qeyd edək ki, Küveytdə spirtli içkini qadağan edən qanun 1983-cü ildə qəbul edilib. Küveyt Fars körfəzində müvafiq qadağanı tətbiq edən ilk ölkədir. …read more

From:: ANS