Reper bankla məhkəməlik oldu

Timati məhkəməyə verilib. ANS PRESS-in məlumatına görə, buna səbəb onun banka olan borcudur. Belə ki, repperin 410 000 dollar ödənməmiş kredit borcu var.

Timur Yunusovu məhkəməyə verən isə “Metrobank” müəssisəsi olub. Bankın nümayəndəsinin sözlərinə görə, ifaçı bir milyon dollarlıq kredit borcunu bağlamayıb.

Məlumata görə, Timati bankla 2012-cil ilin oktyabr ayında müqavilə bağlayıb. Onun hesabına bir milyon dollar keçirilib. O, 2014-cü ilin ortasına kimi borcunu və faizlərini ödəyib. Amma bir müddət sonra ödənişlər dayanıb.

Bankın hesablamalarına görə, indi Timatinin 400 min dollar borcu, 10 min dollar isə onun faizləri qalıb.

Borcla bağlı məhkəmə iclası dekabrın 11-nə təyin edilib. …read more

From:: ANS