Daha bir futbolçumuz türk klubundan qovuldu

Daha bir futbolçumuz Türkiyə klubundan kənarlaşdırılıb.

ANS PRESS-in məlumatına görə, “Qaziantep BB” Vaqif Cavadovla yollarını ayırıb.

Türkiyənin “Milliyet” qəzetinin məlumatına görə, Qazianpet təmsilçisi baş məşqçinin istəyi ilə Vaqif Cavadov, Muhammed Demirci, Özgür Öçal, Ahmet Devret, Gökay İravul, Yosef Çınar və Ferdi Coşkunla vidalaşıb.

Yayda “İnter”dən “Qaziantep BB”yə transfer olunan Vaqif 21 oyunda 1154 dəqiqə oynayıb və 3 qola imza atıb.

Qeyd edək ki, “Qaziantep BB” bir müddət əvvəl Rəhman Hacıyevlə vidalaşıb. Bu günlərdə daha iki futbolçumuz türk klubları ilə yollarını ayırıb. Rail Məlikov “Dənizlispor”dan, Cihan Özkara isə “Sivasspor”dan kənarlaşdırılıb. …read more

From:: ANS