Maşın adlarının mənası (FOTO)

Sevdiyimiz, həvəslə izlədiyimiz, sahib olmaq üçün gecə-gündüz çalışdığımız maşınların markalarının nə məna daşıdığını bilirsiniz?

ANS PRESS avtomobil markaları ilə bağlı ən maraqlı faktları oxucularına təqdim edir.

“Mitsubishi”- Yaponiyanın nəhəng şirkətlərindən olan “Mitsubishi” adını qədim yapon savaşçıları olan samurayların emblemindən götüürüb. Emblem Mitsu (üç) və bishi (almaz) kəlmələrinin birləşməsindən yaranıb.

“Mercedes-Benz” – avstraliyalı tacir Emil Jelinek 1897-ci ildə yarış qazanan maşınına qızı Mercedesin adını qoyub. Bunun şərəfinə şirkətin yaradıcıları olan Qottlieb Daimler və Karl Benz istehsal etdikləri maşına “Mercedes” adını qoydular.

“Mazda”- Şirkətin emblemində qanadlarını açan at təsvir edilir. Bu işarə Zərdüştlərin xeyir tanrısı Ahura Mazdadan alınıb.

“Hyundai”- Koreya dilində “modern, çağdaş” deməkdir.

“Kia” – Koreyanın ikinci böyük avtomobil şirkətinin adı “Asiyada doğulan” deməkdir.

“Cadillac” – 1902-ci ildə qurulan şirkət öz adını ABŞ-ın Detroyt şəhərini quran və 16-cı əsrdə yaşayan fransız səyyah Antoine de la Mote Cadillacdan götürüb.

“Pontiac” – məşhur ABŞ markası adını 1700-cü illərdə yaşayan hindu polis rəisi olan Pontiak Obvandiyaqdan alıb.

“Jeep” – hərbi məqsədlərlə istehsal edilən ilk yolsuzluq maşının adını cizgi filmindəki (Temel Rəis) “Eugene the Jeep” adlı heyvandan aldığı iddia edilir. Sonradan bütün markaların bu tip maşınları “Jeep” adlanmağa başlayıb.

“Dacia”- Rumıniyanın ən böyük avtomobil şirkəti olan “Dacia” eyni zamanda ölkənin də antik adıdır.

“Lexus” – Latın dilində “qanun” mənasını verir.

“Škoda” – Çexiya şirkəti olan avtoistehsalçı adını qurucusu olan Emil von Škodadan alıb. “Škoda” bir zamanların ən böyük silah istehsalçılarından da olub. Çex dilində mənası “zədəli” deməkdir.

“Audi” – latın dilində “eşitdim, duydum” mənasını daşıyır.

“Aston Martin” – İngiltərənin idman maşını istehsalçısı olan “Aston Martin” adını qurucularından biri olan Lionel Martinin istehsal etdiyi yarış maşınlarını sınaqdan çıxardığı Aston təpəsindən alıb.

BMW – BMW-nin açılışı “Bayerische Motor Werke” (Bavyera Mühərrik Fabriki) deməkdir.

FİAT – İtalyan avtomobil firmasının adının mənası “Fabbrica İtaliana Automobili Torino” (Torino İtaliya Avtomobil Fabriki) deməkdir.

“Nissan” …read more

From:: ANS