Girovlarımızla bağlı bəyanat

Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Tərəfdaşlıq və Əməkdaşlıq Fondu azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı bəyanat yayıb.

ANS PRESS-in məlumaatına görə, bəyanatda Dilqəm Əsgərov və Şahbaz Quliyevin 2014-cü ilin iyulunda saxlanılması və mühakimə edilməsi öz əksini tapıb.

Bəyanatın mətni ATƏT-in Minsk qrupunun həmsədrlərinə və beynəlxalq təşkilatlara göndərilib. Bəyanatda deyilir:

“Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması gedişini diqqətlə izləyən Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Tərəfdaşlıq və Əməkdaşlıq Fondu təəssüflə qeyd edir ki, ötən 2014-cü il münaqişənin nizama salınması və onun məlum, o cümlədən humanitar nəticələrinin aradan qaldırılması baxımından dönüş ili olmayıb.

Beynəlxalq Fond 2014-cü ilin iyulunda baş vermiş və münaqişənin gedişində siyasi-təbliğatı maraqlar məqsədilə insan faciəsindən necə istifadə olunduğunu bir daha təsdiqləyən hadisəyə diqqət yetirilməsini zəruri hesab edir. Təşkilat xatırladır ki, işğal olunmuş Kəlbəcər rayonunda əzizlərinin məzarlarını ziyarət etmək qərarına gəlmiş üç azərbaycanlı vətəndaş 2014-cü ilin iyulunda Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb.

Müxtəlif işgəncələrə məruz qalmış bu vətəndaşlardan biri – Həsən Həsənov həlak olub, digər iki nəfər – Dilqəm Əsgərov və Şahbaz Quliyev isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qanunsuz məhkəməyə cəlb ediliblər. Beynəlxalq Fond həmçinin xatırladır ki, BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi 822-ci qətnaməsində işğal olunmuş Kəlbəcər rayonunun Azərbaycan ərazisi olduğunu təsdiqləyib və bütün işğalçı qüvvələrin bu və işğal olunmuş digər ərazilərdən çıxarılmasını tələb edib.

Bu qətnamədə BMT-nin Təhlükəsizlik Şurası bütün Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasəti ilə əlaqədar regionda, xüsusən də Kəlbəcərdə yaranmış fövqəladə humanitar vəziyyətdən ciddi narahatlığını ifadə edib. İşğal günündən 20 ildən artıq keçsə də, Ermənistan BMT Təhlükəsizlik Şurasının bu, habelə üç digər qətnaməsinə məhəl qoymamaqda davam edir və onun silahlı qüvvələri hələ də Azərbaycan, o cümlədən Kəlbəcər ərazisindədir ki, bu da Ermənistanın öz qanunsuz işğalının nəticələrini möhkəmləndirmək siyasəti yeritdiyini təsdiqləyir.

20 ildən artıq müddət ərzində Ermənistan azərbaycanlı köçkünlərdən heç birinin işğal olunmuş bu ərazilərdə öz evlərinə qayıtmasına imkan verməyib. Azərbaycanın üç vətəndaşı ilə bağlı hadisə …read more

From:: ANS